İranın xarici işlər naziri: Ali lider sağdır
İranın yeni ali rəhbəri Müctəba Xameneyinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.
Cossmedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Əraqçı bildirib ki, ali lider yalnız səthi zədələr alıb və vəziyyəti tam nəzarət altındadır: “Onun səhhəti olduqca yaxşıdır və xalqla əlaqəsi, bəyanatlar verməsi onun öz qərarına bağlıdır. Mənə məlum olan və dəqiqliyinə əmin olduğum məlumat onun tam sağlam olmasıdır.”
Nazir həmçinin vurğulayıb ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniin sui-qəsd nəticəsində öldürülməsi İranın siyasi sisteminə ciddi təsir etməyəcək: “Bir nəfərin varlığı və ya yoxluğu sistemə təsir etmir. Başqası ölsəydi, eyni şey baş verərdi. Xarici işlər naziri şəhid olsaydı, onun yerini başqası tutardı.”
Əraqçı əlavə edib ki, Çin və bir neçə digər ölkə Yaxın Şərqdəki münaqişənin həllində vasitəçi kimi çıxış edə bilər və İran hər hansı razılaşma təklifini dinləməyə hazırdır.
17:40 18.03.2026
Oxunuş sayı: 967