ABŞ qırıcıları İranın Çabahar şəhərində azad ticarət zonası yaxınlığında, Koh Laki bölgəsi dağlıq ərazilərdə hərbi hədəflərə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatlarının 17-ci günündə ərazidə güclü partlayış səsləri eşidilib.
Çabahar Azad Ticarət Zonası İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətində, Pakistan sərhədinə yaxın ərazidə yerləşir.