KİV: Trampın müharibəsi neft tələsinə düşüb
Fransanın "Le Monde" qəzeti ABŞ-nin Yaxın Şərq siyasətini tənqid edən məqalə yayımlayıb.
Crossmedia.az xəbər verir ki, nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası regionda münaqişənin enerji bazarına təsirini kifayət qədər nəzərə almayıb. Məqalədə qeyd olunur ki, Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
Qəzetin fikrincə, ABŞ prezidenti münaqişənin nəticəsində enerji qiymətlərinin kəskin artacağını və bunun amerikalıların yanacaqdoldurma məntəqələrində ciddi qiymət şoku ilə üzləşəcəyini gözləmirdi.
“Le Monde” yazır ki, yaranmış vəziyyət Vaşinqton üçün “neft tələsi”nə çevrilə bilər.

12:00 16.03.2026
Oxunuş sayı: 46