Türkiyə Krımın ilhaqını tanımadığını bir daha bəyan edib
Türkiyə Rusiyanın Krımı ilhaq etməsini tanımadığını yenidən bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki,bəyanat Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının ildönümü ilə əlaqədar yayımlanıb. Rəsmi Ankara qeyd edib ki, Krımda keçirilən referendumdan sonra baş verən ilhaq beynəlxalq hüquqa ziddir və Türkiyə bu addımı tanımır.
Nazirlik vurğulayıb ki, Türkiyə Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edəcək.
Eyni zamanda Ankara Krım yarımadasında baş verən prosesləri yaxından izlədiyini və xüsusilə Krım tatarlarının vəziyyətinə diqqət yetirdiyini bildirib.
11:25 16.03.2026
Oxunuş sayı: 44