Hörmüz boğazının bağlanması Körfəz ölkələrinin iqtisadiyyatına ciddi zərbə vura bilər
İranda baş verən müharibə və xüsusilə də Hörmüz boğazının bağlanması Fars körfəzi regionunda 1990-cı illərdəki Körfəz müharibəsi dövründən bəri ən ağır iqtisadi tənəzzülə səbəb ola bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, strateji boğazın iki ay müddətində bağlı qalması region ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərəcək. Hesabata əsasən, bu halda Qətər və Küveyt iqtisadiyyatlarının ümumi daxili məhsulu (ÜDM) təxminən 14 faiz azala bilər.
Eyni zamanda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün də ciddi iqtisadi itkilər proqnozlaşdırılır. Analitiklərin hesablamalarına görə, bu ölkələrdə ÜDM-in 3–5 faiz azalması mümkündür.
Ekspertlər bildirirlər ki, dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi Hörmüz boğazının bağlanması qlobal enerji bazarlarında da ciddi dalğalanmalara səbəb ola bilər.
11:12 16.03.2026
Oxunuş sayı: 40