Dubay hava limanında yanacaq çəni alovlanıb
Dubay Beynəlxalq Hava Limanı yaxınlığında baş verən yanğınla mülki müdafiə bölmələri mübarizə aparır. Əmirlik hökumətinin mətbuat xidmətinin məlumatına görə, pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində yanacaq çəni zədələnib.
Crossmedia.az bu barədə məlumat verir.
Bildirilib ki, Dubay Beynəlxalq Hava Limanı ərazisində baş verən PUA insidenti nəticəsində yanacaq rezerlərindən biri zədələnib. Hazırda Dubay mülki müdafiə qrupları yanğının söndürülməsi istiqamətində iş aparırlar.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda Dubay hava limanında bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Turqut Ansari
09:47 16.03.2026
Oxunuş sayı: 50