Netanyahu ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib
Bünyamin Netanyahu ölümü ilə bağlı yayılan şayiələri təkzib edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İsrailin baş naziri bununla bağlı video müraciət yayımlayıb. O, videoda əlini göstərərək beş barmağını nümayiş etdirib və bunun süni intellekt tərəfindən yaradılmış görüntü olmadığını vurğulayıb.
Netanyahu bu addımı ilə sosial şəbəkələrdə onun ölümü ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini göstərməyə çalışıb.
21:32 15.03.2026
Oxunuş sayı: 52