Qalibaf Trampın açıqlamasını “gülünc” adlandırıb
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampın son açıqlamalarına reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Qalibaf sosial şəbəkə platforması X (Twitter) hesabında paylaşım edərək Trampın bəyanatını tənqid edib.
“Tramp son iki həftə ərzində 9 dəfə bizi məğlub etdiyi iddiasını irəli sürüb. Bu, həqiqətən gülməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana endirdiyi güclü hava zərbələri nəticəsində ölkənin ali rəhbəri Əli Xameneyinin həlak olduğu barədə məlumatlar yayılıb. Buna baxmayaraq, İran parlamentinin sədri Trampın “İranı məğlub etdik” açıqlamasını “gülməli” adlandırıb.
20:54 15.03.2026
Oxunuş sayı: 39