Tramp Ukraynanın müharibəni uduzduğunu bildirib
Mart ayının əvvəlində ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Almaniya kansleri Fridrix Merz ilə görüşü zamanı Ukraynadakı müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumata əsasən, Tramp görüş zamanı Ukraynanın müharibəni uduzduğunu bildirib. O, həmçinin İranla mümkün müharibənin artıq ABŞ üçün əsas prioritetə çevrildiyini və bu məsələnin Ukraynadakı münaqişədən daha vacib olduğunu vurğulayıb.
Nəşr yazır ki, Ukrayna münaqişəsinin həlli istiqamətində gözlənilən irəliləyişin əldə olunmaması Trampın bu mövzuya marağının azalmasına səbəb olub.
Eyni zamanda qeyd edilir ki, ABŞ-da yaxınlaşan aralıq seçkilər – ABŞ aralıq seçkiləri (midterms) fonunda İranla bağlı mümkün müharibə daha çox əhəmiyyət qazanır. Bildirilir ki, belə bir münaqişə neft qiymətlərinə və qlobal inflyasiyaya birbaşa təsir göstərə bilər.
20:12 15.03.2026
Oxunuş sayı: 56