ABŞ-nin İran dronlarının bənzərindən istifadə etdiyi iddia olunur
İran rəsmiləri ABŞ-ın regionda həyata keçirilən bəzi hücumlarda İran istehsalı pilotsuz uçuş aparatlarının bənzərindən istifadə etdiyini iddia edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, Xatəmul-Ənbiya Qərargahının sözçüsü bildirib ki, ABŞ İranın Shahed-136 kamikadze dronu pilotsuz təyyarəsinin dizaynını kopyalayaraq onun modifikasiya edilmiş versiyasını hazırlayıb. İddiaya görə, “Lucas” adlandırılan bu pilotsuz uçuş aparatı region ölkələrinə hücumlar həyata keçirmək və məsuliyyəti İranın üzərinə yönəltmək məqsədilə istifadə olunur.
Eyni iddianı İranın xarici işlər naziri Abbas Əraqçı da səsləndirib. O, Əl-Ərəbi Əl-Cədid qəzetinə verdiyi müsahibədə ABŞ-ın İranın “Şahed” tipli dronlarına bənzər “Lucas” adlı pilotsuz aparat hazırladığını və ondan ərəb ölkələrindəki hədəflərə hücum etmək üçün istifadə etdiyini bildirib.
ABŞ tərəfi isə hələlik bu iddialara münasibət bildirməyib.
19:55 15.03.2026
Oxunuş sayı: 45