Xameneyi oğlunun hakimiyyətə gəlməsindən qorxurdu
İranın keçmiş Ali dini lideri Xameneyi oğlunun hakimiyyətə gəlməsindən qorxurdu.
Crossmedia.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı bu barədə məlumat yayıb.
Məlumata görə, İranın keçmiş ali rəhbəri Əli Xameneyi oğlu Müctəbanın hakimiyyətə gəlməsindən qorxurdu, çünki o, ağılsız və vəzifəyə yararsız hesab olunurdu.
Kəşfiyyat orqanları tərəfindən toplanan məlumatlar Xameneyinin oğlunun şəxsi həyatındakı problemlərdən xəbərdar olduğunu göstərir. Habelə, Əli Xameneyinin oğlunun onun yerinə təyin olunması ilə bağlı dərin şübhələri var idi.
ABŞ prezidenti Donald Tramp, vitse-prezident C.D. Vens və digər yüksək vəzifəli şəxslər gənc Xameneyi ilə bağlı kəşfiyyat məlumatları ilə tanış olublar.
Şəxsi söhbətlərində Tramp yaxın ətrafına bildirib ki, o, Müctəba Xameneyi haqqında verilən məlumatların vacib olduğunu hesab etmir. O, İranın hazırda lidersiz olduğunu və gənc Xameneyinin öldüyünü düşünür.
19:46 15.03.2026
Oxunuş sayı: 53