Laricani: Epşteynlə əlaqəli qrup təhlükəli planlar hazırlayır
Epşteynlə əlaqəli qrup təhlükəli planlar hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu fikri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabındakı paylaşımında ABŞ-yə xəbərdarlıq edib.
“Eşitmişəm ki, Jeffri Epşteyn ilə əlaqəli qrupun qalıqları 11 sentyabra bənzər bir hadisə təşkil etmək və bunun günahını İranın üzərinə atmaq üçün plan qurub. İran belə terror planlarına prinsipial olaraq qarşıdır və Amerika xalqı ilə heç bir müharibəsi yoxdur”, - deyə, Laricani vurğulayıb.
Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə Nyu-York və Vaşinqtonda həyata keçirilmiş terror hücumlarıdır; hədəflərə təyyarələr çırpılmış və minlərlə insan həyatını itirmişdir. Jeffri Epşteyn ABŞ-də maliyyəçi olub, cinsi istismar cinayətlərində ittiham edilmiş və 2019-cu ildə həbsdə ölüb; adı bir sıra nüfuzlu şəxslərlə bağlıdır.
19:00 15.03.2026
Oxunuş sayı: 45