Türkiyə və Azərbaycanın diplomatları Suriyada görüşüblər
Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz və Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Suriyadakı səfirliyinin "X"dəki hesabında yayılıb.
Qeyd edilib ki, görüş zamanı bölgədəki siyasi və hərbi proseslər müzakirə olunub.
16:45 15.03.2026
Oxunuş sayı: 51