Qərbi Tehranda Kosmik Tədqiqatlar Mərkəzi zərbələr nəticəsində zədələnib
Qərbi Tehranda yerləşən İranın Kosmik Tədqiqatlar Mərkəzi İsrail və ABŞ-ın həyata keçirdiyi zərbələr nəticəsində ciddi şəkildə zədələnib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, sözügedən obyekt peyklərin hazırlanması və kəşfiyyat məqsədli xəritələrin hazırlanmasında mühüm rol oynayır.
Məlumata görə, hücum nəticəsində mərkəzin infrastrukturu ciddi zərər görüb. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.
17:16 15.03.2026
Oxunuş sayı: 42