Zelenski: Rusiyanın yaz hücum kampaniyası uğursuz olub
Ukrayna Prezidenti Volodomir Zelenski Rusiyanın yaz hücumunun artıq uğursuzluğa düçar olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukrayna hərbi komandanlığının qiymətləndirməsinə əsasən, Rusiyanın erkən yaz üçün planlaşdırdığı hücum kampaniyası faktiki olaraq artıq davam etsə də, gözlənilən nəticəni verməyib.
O bildirib ki, müharibənin dinamikası əvvəlki illərlə müqayisədə dəyişib:
“Birinci ildə tərəflər qışa qədər səbir edirdi, çünki qışda genişmiqyaslı hücum əməliyyatlarının olmayacağı düşünülürdü. İndi isə vəziyyət dəyişib və döyüşlər fasiləsiz davam edir”.
Ukrayna lideri vurğulayıb ki, Rusiya qüvvələrinin hücumları davam etsə də, planlaşdırılan yaz kampaniyası istənilən nəticəni verməyib.
16:25 15.03.2026
Oxunuş sayı: 44