Mariinski sarayında qəhrəmanların yerinə Putinin şəkli qoyuldu
Sankt-Peterburqdakı Mariinski Sarayında təmir işlərindən sonra şəhərin fəxri vətəndaşlarının portretləri dəyişdirilib.
Crossmedia.az bu barədə rus mediasına istinadən xəbər verir.
Əvvəllər qalereyada akademik Dmitri Lixaçev, Leninqrad mühasirəsinin "ilham pərisi" şairi Olqa Berqqolts və II Dünya Müharibəsi veteranı, alpinist Mixail Bobrovun portretləri nümayiş etdirilirdi.
İndi isə onların yerini Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin portretləri tutub.
Əvvəlki portretlər Leninqrad mühasirəsinin qəhrəmanlarını və şəhərin simvollarını əks etdirirdisə, yeni dəyişikliklər siyasi və dini liderləri ön plana çıxarır.
15:31 15.03.2026
Oxunuş sayı: 37