Əraqçı: Müharibəyə son qoymaq üçün konkret təşəbbüslər yoxdur
Martın 15-i İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ABŞ və İsraillə münaqişənin bitməsi Tehrana təhlükəsizlik zəmanəti və kompensasiyadan asılıdır. Lakin hələlik müharibəyə son qoymaq üçün heç bir konkret təşəbbüs yoxdur.
Crossmedia.az xəbər verir ki, Əraqçı bu fikirləri "Əl-Ərəbi Əl-Cədid” qəzetinə müsahibəsində deyib.
Əraqçı əlavə edib ki, İran mülki obyektləri və yaşayış məntəqələrini hədəf almayıb və hücuma məruz qalan hədəfləri araşdırmaq üçün region ölkələri ilə birgə istintaq komitəsi yaratmağa hazırdır.
Nazir həmçinin xəbərdarlıq edib:
“Enerji infrastrukturumuz hədəfə alınarsa, bölgədəki Amerika şirkətlərini vuracağıq”.
Əraqçı iddia edib ki, ABŞ-də hazırlanmış LUCAS pilotsuz təyyarələri ərəb ölkələrinə zərbələr endirmək üçün istifadə olunur və ərəb ölkələrində mülki hədəflərə hücumların arxasında İsrail dayana bilər.
15:20 15.03.2026
Oxunuş sayı: 51