Taker Karlson həbs edilə bilər
ABŞ prezidenti Donald Trampın sağçı fəalı və müttəfiqi Laura Loomer bildirib ki, Taker Karlson ABŞ və İran arasındakı müharibə zamanı İran rejiminin təbliğatına xidmət edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bu gün SEPAH-ın sosial media hesabları Taker Karlsonun sözlərini sitat gətirir. SEPAH-a bağlı Fars Xəbər Agentliyi onun şəklini və İranla müharibənin nəzarətinin Amerikanın əlindən çıxdığını bildirən açıqlamasını yayımlayıb. Taker deyir ki, prezident Trampın rəhbərliyi altında ABŞ İrana qarşı davam edən müharibənin gedişatına təsir etmək qabiliyyətini itirir”, – Loomer qeyd edib.
O bildirib ki, Takerin qəribə video yayımlaması və iddia edilən İran rəsmiləri ilə yazışmalarına görə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən cinayət işi hazırlanması, onun Xarici Agentlərin Qeydiyyatı Qanunu qanununu pozmaqla nəticələnə bilər.
“İrandakı İslam terrorçuları Takerin anti-Amerika və İslampərəst fikirlərini İran müharibəsi təbliğatını yaymaq üçün istifadə edirlər. Bu, xəyanətdir və Taker həbsxanaya getməlidir”, – Loomer vurğulayıb.
14:55 15.03.2026
Oxunuş sayı: 54