İran İsrailə raket zərbəsi ENDİRİB
İran İsrailə raket zərbəsi endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrailin mərkəzi bölgələrində partlayış səsləri eşidilib və hava hücumu siqnalları işə düşüb.
Bunu hücumu həyata keçirdiyini bildirən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb. Qurum həmçinin ABŞ-nin bölgədə yerləşən üç hərbi hava bazasına zərbə endirdiyini iddia edib.
SEPAH İsrailin baş naziri Benyamin Netanyahunu da hədələyərək hücumların davam edə biləcəyini bildirib.
Hazırda hadisənin nəticələri və mümkün itkilərlə bağlı rəsmi məlumat verilməyib. Regionda gərginlik yüksək olaraq qalır.
13:55 15.03.2026
Oxunuş sayı: 44