Serbiya qonşuların hücumuna hazırlaşır – Vuçiç
Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyanın qonşu ölkələr – Xorvatiya, Kosovo və Albaniya tərəfindən mümkün hücuma hazırlaşdığını bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O iddia edib ki, bu üç ölkə “dünyada ümumi xaosun hökm sürdüyü əlverişli anı gözləyərək” Serbiyaya zərbə endirməyi planlaşdırır.
Vuçiç həmçinin qeyd edib ki, Xorvatiya son bir il ərzində Serbiyanı zəiflətmək üçün müxtəlif tədbirlər görüb.
12:35 15.03.2026
Oxunuş sayı: 47