Müctəba Xameneyi müalicə üçün Rusiyaya aparılıb
İranın yeni ali lideri Müctəba Xameneyi fevralın 28-də Tehrana edilən hava hücumları zamanı yaralandıqdan sonra gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Xameneyinin əməliyyatı uğurla keçib və prezident saraylarından birinə bağlı xüsusi xəstəxanada müalicə olunur. Təxliyə onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar və İranda lazımi səviyyədə nəzarəti təmin edə bilməməsi səbəbindən yüksək məxfi əməliyyatın bir hissəsi kimi həyata keçirilib.
12:30 15.03.2026
Oxunuş sayı: 44