Netanyahunun yaralandığı və ya öldüyü barədə fərziyyələr yayılır
İsrail Baş naziri Benyamin Netanyahunun İranın cavab hücumlarından birində yaralandığı və ya öldüyü barədə fərziyyələr yayılıb. Bu iddialar Netanyahunun iştirak etdiyi son videoda süni intellekt izlərinin görünməsi ilə əlaqələndirilir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Eyni zamanda, İranın yeni Ali Lideri Müctəba Xameneinin müharibənin ilk günlərində yaralandığı və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmadığı bildirilir. Onun aldığı yaralardan öldüyü və ya komada olduğu ehtimal olunur. Eyni iddialar Netanyahunun vəziyyəti üçün də irəli sürülür.
11:55 15.03.2026
Oxunuş sayı: 48