İran Çin və Rusiya ilə hərbi əməkdaşlığı davam etdirir
İranın Xarici İşlər naziri Abbas Əraqçı bildirib ki, İran Çin və Rusiya ilə hərbi əməkdaşlığını davam etdirir və bu əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, Moskva və Pekin Tehran üçün uzunmüddətli strateji tərəfdaşlardır və ölkələr müxtəlif sahələrdə, xüsusən də hərbi sahədə sıx və davamlı əməkdaşlıq aparırlar.
Əraqçı bu əməkdaşlığın təfərrüatlarına toxunmayacağını bildirib.
12:20 15.03.2026
Oxunuş sayı: 47