BƏƏ-dən İran rəhbərliyinə çağırış: Qonşuların vasitəçiliyini qəbul edin
BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qərqaş bildirib ki, İranın regiondakı hazırkı strategiyası onun ABŞ və İsrail hücumlarına tab gətirə bilmədiyini göstərir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Fars körfəzi ölkələrinə təcavüz və hücumlar İslam Respublikasının “hərbi zəifliyinin, mənəvi iflasının və siyasi təcridinin” açıq sübutudur. O əlavə edib ki, İran mediasının yanlış açıqlamaları bu reallığı gizlədə bilməz.
Qərqaş İran rəhbərliyini “sağlam düşüncəyə qayıtmağa” çağırıb və bunun qonşu ölkələrə hücumlara son qoymaq və diplomatik vasitəçilik səylərini gücləndirməklə mümkün olacağını vurğulayıb.
12:05 15.03.2026
Oxunuş sayı: 53