Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə Crossmedia.az-a Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.
11:30 12.03.2026
Oxunuş sayı: 42