İranda “Cəza Komitəsi” adlı yeni qurum yaradılıb. Bu barədə Tabnak xəbər agentliyi məlumat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, komitə sosial mediada müharibəni qızışdırmaq və buna çağırış etməkdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə fəaliyyət göstərəcək. Qurumun “Xəyanət artıq cəzasız qalmayacaq” prinsipi ilə işləyəcəyi qeyd olunur.
Məlumata görə, son günlər fəaliyyətə başlayan komitə vətəndaşları ölkəyə qarşı “xəyanət” etdiyini düşündükləri şəxslər barədə məlumat verməyə çağırır. İnsanlardan bu cür hallarla bağlı sübut və məlumatları komitəyə təqdim etmələri istənilir.
Toplanan məlumatların daha sonra məhkəmə və hüquq-mühafizə orqanlarına təqdim ediləcəyi və ittiham olunan şəxslərin qanun qarşısında cavab verməsinin təmin olunacağı bildirilib.