ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar Vaşinqtonun Qəzza zolağında vəziyyəti sabitləşdirmək məqsədilə irəli sürdüyü “Sülh Şurası” təşəbbüsünü risk altına qoya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, İndoneziya ABŞ və İsrail tərəfindən İran ərazisinə endirilən zərbələr səbəbindən təşəbbüsdən çıxmağı nəzərdən keçirdiyini açıqlayıb.
Bununla belə, ABŞ administrasiyasının rəsmiləri bildiriblər ki, Cakarta ilə danışıqlar davam edir və “Sülh Şurası”nın Qəzza zolağı əhalisi üçün sabitlik və rifahın təmin olunmasına yönəldiyi vurğulanır.