Vaşinqton İrana şərt qoydu – nüvə razılaşmasına qədər sanksiyalar qalacaq
Ötən il keçirilən nüvə danışıqlarında iştirak etmiş şəxslər ABŞ-nin İrana qarşı sanksiyaların dərhal aradan qaldırılması ilə bağlı konkret vəd vermədiyini bildiriblər.
Crossmedia.az bu barədə “Wall Street Journal” qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, Vaşinqton danışıqlar zamanı sanksiyaların hansı mərhələdə və hansı şərtlərlə ləğv olunacağı barədə detallı plan təqdim etməyib. Eyni zamanda ABŞ administrasiyası İranın Qətərdəki maliyyə vəsaitlərinin əlçatmaz saxlanılması qərarını qüvvədə saxlayıb.
Çərşənbə axşamı baş tutan son danışıqlarla bağlı açıqlama verən adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, Vaşinqton Tehranın hər hansı razılaşma çərçivəsində dərhal sanksiyalardan azad edilməsinə qarşıdır.
Rəsmi vurğulayıb ki, ABŞ mümkün razılaşmanın bir hissəsi olaraq İranın əsas nüvə obyektlərinin tam şəkildə sökülməsini istəyir.
10:43 18.02.2026
Oxunuş sayı: 409