İranda təhlükəsizlik qüvvələri etirazçıları qəsdən öldürmə riski ilə hədəfləyib
Britaniyanın “The Guardian” qəzeti İranda etirazların yatırılması zamanı təhlükəsizlik qüvvələrinin etirazçıları bədənin həyati orqanlarından qəsdən hədəfə aldığını açıqlayan araşdırma dərc edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, araşdırmada istifadə olunan onlarla tibbi görüntünün təhlili göstərir ki, etirazçılara qarşı metal mərmilər və yüksək kalibrli güllələrdən istifadə olunub.
Yayımlanan görüntülərdə bir gəncin boynuna dəyən yüksək kalibrli güllənin traxeyanı sıradan çıxardığı və güclü qanaxmaya səbəb olduğu, başqa bir halda güllənin kəllə sümüyünü deşərək beyinə batdığı və ağır beyin zədəsi yaratdığı, digər hallarda isə onurğa sütunu və daxili orqanlara yaxın nahiyələrin hədəfə alındığı göstərilib.
Ekspertlərdən biri qəzetə açıqlamasında bildirib: “Bu cür silahlarla atəş açıldıqda məqsəd öldürməkdir”. Mənbələr yaralılar arasında yeniyetmələr və uşaqların da olduğunu qeyd ediblər.
10:21 18.02.2026
Oxunuş sayı: 567