Kilsə daxilində gərginlik artır
Ermənistan məhkəməsi müvəqqəti tədbir tətbiq edərək Üçmüədzin kilsəsində keşişlər Ter Aram və Ter Tadenin vəzifələrinə bərpa olunmasına qərar verib.
Crossmedia.az erməni KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, Ter Aram (Stepan Asatryan) Karekin II-yə qarşı açıq çıxış edən ilk erməni ruhanilərindən biri olub.
O, katolikosu günahı təşviq etməkdə və kilsə daxilində mənəvi dəyərləri zədələməkdə ittiham edib.
Bu açıqlamalardan sonra II Qaregin tərəfindən vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.
Keşiş Ter Tade (Tade Təhməzyan) də müxtəlif çıxışlarında katolikosun rəhbərliyi dövründə Erməni Apostol Kilsəsində əxlaqi problemlərin mövcud olduğunu iddia edib. Onun da vəzifədən kənarlaşdırıldığı qeyd olunur.
Ermənistan hakimiyyəti isə katolikosun müvafiq qərarlarını qanuni hesab etmədiyini bəyan edib.
Məhkəmənin müvəqqəti tədbiri fonunda kilsə daxilində yaranmış gərginliyin davam etdiyi bildirilir.
Rəsmi kilsə strukturlarının qərarla bağlı mövqeyi hələlik açıqlanmayıb.
20:00 17.02.2026
Oxunuş sayı: 506