Türkiyədə yeni qanun layihəsi: LGBT üzvlərinə HƏBS
Türkiyədə LGBT mövzusu ilə bağlı yeni qanun layihəsi hazırlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, layihə bir sıra məhdudiyyət və cəza tədbirlərini nəzərdə tutur:
• Cinsin dəyişdirilməsi əməliyyatı üçün yaş həddi 18-dən 25-ə qaldırılacaq. Əməliyyat üçün rəsmi tibbi komissiyanın ruhi sağlamlıq baxımından zərurəti təsdiqləyən hesabatı tələb olunacaq.
• Qaydaları pozaraq əməliyyat keçirən şəxslər 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə və cərimə ilə üzləşə bilərlər.
• “Bioloji cinsə və ümumi əxlaqa zidd davranışı təşviq edən, tərifləyən və ya təbliğ edən” hərəkətlərə görə 1 ildən 3 ilə qədər həbs cəzası tətbiq olunması təklif edilir.
• İctimai nümayişlə bağlı cəzaların 1 ildən 3 ilə qədər artırılması nəzərdə tutulur.
• Eyni cinsdən olan şəxslərin nişan və ya nikah mərasimləri keçirməsinə görə isə 1,5 ildən 4 ilə qədər həbs cəzası təklif edilir.
19:30 17.02.2026
Oxunuş sayı: 692