ABŞ bu yaxınlarda İranla bağlı qərar verə bilər
Respublikaçı senator Lindsi Qrem İrana mümkün hərbi hücum məsələsini şərh edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ senatoru İsraildə səfərdə olarkən bildirib ki, hazırda qərarın verilməsindən aylar yox, həftələr uzaqdayıq.
Qrem qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında İranla bağlı strategiyada fikir ayrılığı yoxdur.
Senatorun sözlərinə görə, hazırda iki yol mövcuddur: biri diplomatik yolla İran rejimi ilə milli təhlükəsizlik maraqlarını təmin etməyə çalışmaq, digəri isə hərbi seçim. Qrem hesab edir ki, Tramp hazırda hər iki variantın faydasını qiymətləndirir və ən böyük mənfəət gətirən yolu seçəcək.
13:57 17.02.2026
Oxunuş sayı: 612