Almaniyada hava hücumundan müdafiə raketləri tükənib
Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Deutschlandfunk” radiostansiyasına müsahibəsində ölkənin hava hücumundan müdafiə raketlərinin artıq tükəndiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Nazir qeyd edib ki, Ukraynanın ehtiyaclarına dəstək məqsədilə Almaniyanın arsenalındakı Patriot raketləri tamamilə göndərilib.
Vadeful bildirib ki, avropalı ölkələrdən digər yardımlar hələ də vacibdir: “Bəzi ölkələrdə hələ də hava hücumundan müdafiə sistemləri mövcuddur. Biz, Almaniyada olan hər şeyi bağışladıq və əsas maliyyə dəstəyini təmin edirik. Ukrayna azadlığımızı müdafiə edir, amma bütün avropalılar daha çox iş görməlidirlər.”
Nazir həmçinin Avropa ölkələrini həmrəylik, müstəqillik və müdafiə sahəsində birgə fəaliyyətə çağırıb.
12:43 17.02.2026
Oxunuş sayı: 553