ŞAD XƏBƏR: Bəzi ailələrə PULSUZ EV VERİLƏCƏK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.
Crossmedia.az xəbər verir ki, mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.
Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur. (Oxu.az)
09:27 13.02.2026
Oxunuş sayı: 534