Cənubi Qafqazda sabitlik İran üçün də vacibdi
Cənubi Qafqaz İran üçün böyük əhəmiyyət kəsb edir və regionda sülh və sabitlik Tehran üçün vacib məsələdi.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Azərbaycana səfərini şərh edən İ.Bəqai bildirib ki, bu səfər İran xarici işlər naziri Abbas Əraqçının apardığı danışıqların davamıdır:
"İran region ölkələri, xüsusən də Cənubi Qafqaz dövlətləri ilə bütün sahələrdə əməkdaşlığı və etimadı gücləndirməyə çalışır. Bu cür səfərlər və məsləhətləşmələr region ölkələri arasında etimadı qorumaq və artırmaq üçün vacibdir", - deyə o, bildirib.
İ.Bəqai qeyd edib ki, müdafiə nazirinin Azərbaycana səfəri zamanı müdafiə və təhlükəsizlik sahəsində ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
18:28 10.02.2026
Oxunuş sayı: 575