BDYPİ-dən sürücülərə xəbərdarlıq – faciənin səbəbi açıqlandı
Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə saat 22 radələrində qeydə alınıb. Elmir Məmmədlinin idarə etdiyi "Mercedes Vito" avtomobili eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində "Mercedes Vito"da olan sərnişin Sayad Qasımova hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
BDYPİ hadisənin ötmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimalını nəzərə alaraq sürücülərə bir daha müraciət edib. İdarə sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi əməl etməyə, bu cür faciəli hadisələrdən nəticə çıxarmağa çağırıb.
10:57 12.09.2026
Oxunuş sayı: 46