Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayır.
Crossmedia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:20-də başlayacaq ilk matçda rəqib Niderland seçməsi olacaq.
Azərbaycan yığması günün ikinci oyununda, saat 20:55-də Ukrayna komandası ilə üz-üzə gələcək.
11:26 12.09.2026
Oxunuş sayı: 44