Kral III Çarlz və şahzadə Uilyam arasında münasibətlərdə gərginlik yaranıb
Böyük Britaniya monarxı Kral III Çarlz ilə onun varisi, Uels şahzadəsi Uilyam arasında münasibətlər pisləşib.
Crossmedia.az bu barədə Britaniya KİV-nə istinadən məlumat verir.
Mənbələrin bildirdiyinə görə, kral və şahzadə arasındakı gərginlik pik həddə çatıb və hər iki tərəf bir-birinə qarşı “real qəzəb” hiss edir. İddia olunur ki, münaqişə şahzadə Uilyamın atasına həsr olunmuş Finding Harmony: A King’s Vision (“Harmoniya axtarışında: kralın baxışı”) sənədli filminin Vindzor qəsrində keçirilən premyerasını görməməzliyə vurmasından sonra daha da kəskinləşib. Bundan sonra onların ünsiyyəti tamamilə dayandığı bildirilir.
Saray məmurlarından biri qeyd edib ki, hazırda Kral III Çarlz üçün şahzadə Uilyamla problemlər şahzadə Harri ilə olan problemlərdən daha ciddidir. Onun sözlərinə görə, Harri emosional və proqnozlaşdırılandır, taxt-tacın varisi isə daha hesablı və inadkardır.
Mənbələr fikir ayrılığının əsas səbəbi kimi təsir və hakimiyyət uğrunda mübarizəni göstərirlər. “Onlar bir-biri ilə toqquşurlar, çünki həddindən artıq oxşardırlar. Hər ikisi özünü haqlı hesab edir və heç biri asanlıqla geri çəkilmir”, – deyə insayder bildirib.
Qeyd olunur ki, gərginlik uzun müddətdir yaranıb. Hələ dekabr ayında Kral III Çarlzın, Uilyamın artıq faktiki olaraq idarəçiliyi öz əlinə aldığına dair formalaşan narrativdən narazı olduğu bildirilirdi. Çünki Çarlz özü taxt-tacı ömrü boyu gözləmişdi.
Turqut Ansari
16:32 10.02.2026
Oxunuş sayı: 509