Ermənistandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiya TRIPP (Tramp Marşrutu) layihəsində iştirak etməyəcək və Moskvanın bu təşəbbüsə qoşulmasını real hesab etmir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Simonyanın sözlərinə görə, TRIPP daha çox Ermənistan–ABŞ təşəbbüsüdür. O qeyd edib ki, Ermənistan daxilində səyahət TRIPP çərçivəsindən kənarda da mümkündür və əgər Moskva istəsə, layihənin digər istiqamətlərə genişləndirilməsini təklif edə bilər. Spiker əlavə edib ki, oxşar mexanizmlər uzun müddətdir müzakirə olunsa da, onların ABŞ ilə reallaşdırılması sülh prosesinin bir hissəsi kimi Prezident Donald Trampın səyləri sayəsində mümkün olub.
Bununla belə, Simonyan Rusiyanın iştirakının nəzəri baxımdan tam istisna olunmadığını vurğulayıb və qeyd edib ki, Moskva yalnız TRIPP-ə fokuslanmamalıdır.
16:04 10.02.2026
Oxunuş sayı: 496