Rusiya Alekseyevə qarşı sui-qəsdi cəhdinin danışıqları pozmaq məqsədi daşıdığını iddia edib
Rusiya Ordusunun general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsdi cəhdi danışıqları pozmaq məqsədi daşıyır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
“Bu, tamamilə əvvəlcədən düşünülmüş bir hərəkət idi. Əminəm ki, həm Zelenskini (Red: Ukrayna Prezidenti Volodimir Zelenski, həm də onun döyüşçülərini istiqamətləndirən Avropa tərəfdaşları və sponsorları bundan xəbərdar idilər”).
Miroşnikin sözlərinə görə, bu sui-qəsd yalnız hərbi rəhbərliyi hədəfləməklə kifayətlənmir, həm də Ukrayna tərəfi ilə sülh və danışıqlar prosesinə ciddi təsir göstərməyi hədəfləyir.
Xatırladaq ki, V.Alekseyevə sui-qəsd 6 fevral səhəri Moskvanın Volokolamskoye şosesindəki yaşayış binasında baş verib. O, bir neçə güllə yarası alıb və xəstəxanaya aparılıb.
General-leytenant Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin birinci müavini vəzifəsini tutur. 2017-ci ildə Rusiyanın Qəhrəmanı adını alıb.
16:06 10.02.2026
Oxunuş sayı: 547