İran XİN: ABŞ ilə danışıqlar yalnız başlanğıcdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün mətbuat konfransında ABŞ ilə aparılan danışıqları şərh edərək bildirib ki, proses hələ yalnız başlanğıcdır və qarşı tərəfin fəaliyyətinin istiqaməti nəzərə alınmalıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Bəqayi vurğulayıb ki, son 10–15 ildə baş verən hadisələr və qarşı tərəfin son aylar ərzində fəaliyyəti nəzərə alınmadan diplomatik prosesə başlamaq mümkün deyil.
“Baş verən hadisələr, təhdidlər və sanksiyalar bizdən ehtiyatlı və düzgün addımlar atmağı tələb edir. Eyni zamanda, diplomatiyadan heç vaxt çəkinməmişik, çünki arqumentlərimiz haqlıdır və tələblərimiz beynəlxalq hüquqa və İran xalqının qanuni maraqlarına əsaslanır”, – deyə o əlavə edib.
Sözçü həmçinin qeyd edib ki, İranın diplomatik mövqeyi qəti və əsaslıdır, lakin prosesin gələcəyi qarşı tərəfin davranışından asılı olacaq.
15:40 10.02.2026
Oxunuş sayı: 495