İran hakimiyyəti ölkədə repressiyaların ikinci dalğasına start verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu mərhələdə hakimiyyətin siyasətini tənqid edən siyasi fəallar və islahatçı qüvvələr hədəf seçilib.
Məlumata görə, bir sıra siyasi partiyaları birləşdirən İslahat Cəbhəsinin idarə heyətinin üzvü, keçmiş deputat İbrahim Əsğərzadə SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılıb. Bildirilir ki, Əsğərzadənin həbsi onlayn konfrans zamanı, canlı efirdə həyata keçirilib.
Tehran Prokurorluğunun açıqlamasına görə, saxlanılan şəxslər yanvar ayında baş verən etirazlar zamanı “terrorçu hərəkətləri təşviq etmək”, ölkənin daxili təhlükəsizliyinə xələl gətirmək, eləcə də mediada və sosial şəbəkələrdə fəallıq göstərməkdə ittiham olunurlar.
Hadisə İranda siyasi gərginliyin artması və islahatçı düşərgəyə təzyiqlərin güclənməsi kimi qiymətləndirilir.