İranda etirazçılara qarşı repressiyalarda ikinci dalğa: fəallar hədəfdə
İran hakimiyyəti ölkədə repressiyaların ikinci dalğasına start verib. Bu dəfə hədəfdə, hakimiyyətin siyasəti ilə razılaşmayan və etirazlar zamanı sərgilənən davranışları tənqid edən siyasi fəallar və islahatçı qüvvələr var.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Məlumata görə, bir çox siyasi partiyanı birləşdirən “İslahat Cəbhəsi”nin idarə heyətinin üzvü və keçmiş deputat İbrahim Əsğərzadə SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılıb. Əsğərzadənin həbsi onun onlayn konfrans zamanı, canlı efirdə həyata keçirilib.
Tehran prokurorluğunun açıqlamasına görə, həbs olunan şəxslər yanvar ayında baş verən etirazlar zamanı “terrorçu hərəkətləri” təşviq etmək, ölkənin daxili təhlükəsizliyinə xələl gətirmək və mediada, sosial şəbəkələrdə fəaliyyət göstərməkdə ittiham olunurlar.
15:30 10.02.2026
Oxunuş sayı: 473