Lavrov: Ukraynalılar, çox sevinməyin
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsi üzrə atdığı addımlara toxunaraq rusları baş verənlərə həddən artıq coşqu ilə yanaşmamağa çağırıb.
Crossmedia.az bu barədə Rusiya KİV-nə istinadən məlumat verir.
“Biz baş verənləri həddindən artıq coşqu ilə yanaşmamalıyıq: guya ABŞ Prezidenti Donald Tramp avropalıları və Vladimir Zelenskini ‘yerinə qoyub’ və onlardan müəyyən tələblərin yerinə yetirilməsini tələb edir… Əgər məqsədimiz Ukraynada sülhə nail olmaqdırsa, bütün bunlar yaxşıdır, lakin hələ ki, biz bu mərhələyə çatmamışıq”, — deyə Lavrov qeyd edib.
Turqut Ansari
15:13 10.02.2026
Oxunuş sayı: 575