Tokayev dövrü dəyişir — Qazaxıstan superprezident modelindən imtina edir
Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev hökumətin genişləndirilmiş iclasında çıxış edərək bildirib ki, ölkə superprezident modelindən çıxış prosesini tamamlayır və daha güclü parlamentə malik prezident respublikasına keçir.
Crossmedia.az bu barədə Qazaxıstan KİV-nə istinadən məlumat verir.
Prezidentin sözlərinə görə, yeni Konstitusiya layihəsi “güclü prezident — təsirli parlament — hesabatlı hökumət” formulunu təsbit edir və əsas qanunun tamamilə yenidən işlənməsinə zəmin yaradır. Tokayev əlavə edib ki, dəyişikliklər hakimiyyət orqanları arasında səlahiyyətləri yenidən bölüşdürəcək, yoxlama və balans sistemini gücləndirəcək və Qazaxıstan dövlət institutlarının dayanıqlığını artıracaq.
Turqut Ansari
15:00 10.02.2026
Oxunuş sayı: 550