Cənubi Afrika altı ildən sonra qadağanı ləğv edir
Cənubi Afrika Respublikası altı ildən sonra ilk dəfə ov trofelərinin( ovlanmış heyvanın başı, buynuzu, dərisi və ya digər hissələri; adətən xatirə və ya nümayiş məqsədi ilə saxlanılır) ixracına kvotaların verilməsinə qayıdır və bununla da fillərin, qara kərgədanların və leopardların leqal ovuna yol açır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, 2026 və 2027-ci illərdə hər il 150 filin, 12 qara kərgədanın və 11 leopardın ov trofelərinin ölkədən çıxarılmasına icazə verilməsi planlaşdırılır. Qərar 30 günlük ictimai müzakirəyə çıxarılıb.
Kvotaların bərpası sahədə yaranmış uzunmüddətli böhranın aradan qaldırılmasına hesablanıb. Belə ki, ixracın dayandırılması nəticəsində bazar 2,25 milyard randa qədər itki verib, xarici ovçular isə regionun digər ölkələrinə yönəliblər. Sektorun ümumi dövriyyəsi 44 milyard rand həcmində qiymətləndirilir.
Siyasətin yenidən nəzərdən keçirilməsinin təşəbbüskarı yeni ekologiya naziri Uilli Okampdır. Bununla belə, heyvan hüquqları müdafiəçiləri qərara qarşı çıxır, Afrikanın bəzi regionlarında bu növlərin yoxa çıxma təhlükəsi ilə üzləşdiyini bildirirlər.
Turqut Ansari
13:40 10.02.2026
Oxunuş sayı: 409