Paşinyanın qardaşı ilə bağlı maraqalı faktlar ÜZƏ ÇIXIB
Ermənistanda baş nazir Nikol Paşinyana müxalif mövqedə olan media orqanları onun qardaşı ilə bağlı sensasion iddia irəli sürüb.
Crossmedia.az "Müxalif İşxanutyun" qəzetinin yazdığına istinadən xəbər verir ki, Nikol Paşinyanın qardaşı Armen Vovayeviç Paşinyan Rusiya vətəndaşlığına malikdir və Rusiya ilə sıx əlaqələrə sahibdir. Nəşrin əldə etdiyini iddia etdiyi sənədlər hökumətin özünün təbliğ etdiyi yanaşma ilə ziddiyyət təşkil edən suallar doğurur.
Məqalədə qeyd olunur ki, hakim Vətəndaş Müqaviləsi partiyasının nümayəndələri Rusiya ilə əlaqəsi olan şəxsləri tez-tez “xarici kəşfiyyat xidmətlərində işləməkdə” və ölkənin suverenliyinə təhdid yaratmaqda ittiham edirlər. Bu fonda isə baş nazirin qardaşı ilə bağlı iddialar cəmiyyətdə ikili standartlar mövzusu ətrafında müzakirələrə səbəb olub.
Jurnalist Lia Sarkisyan yazır ki, məntiqli sual yaranır: əgər hökumət Rusiya ilə istənilən əlaqəni şübhə üçün əsas sayırsa, bu yanaşma Paşinyanın ailə üzvlərinə də şamil edilirmi? Məqalədə həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Paşinyanın qardaşı ilə bağlı mümkün araşdırma aparıb-aparmadığı sual altına qoyulur.
Rəsmi qurumlar və ya Paşinyan ailəsi tərəfindən hələlik bu iddialara dair açıqlama verilməyib.
13:23 10.02.2026
Oxunuş sayı: 441