Rusiya Ermənistana etiraz etdi - alternativiniz yoxdur
Ermənistanda AES-in yeni enerji blokunun tikintisi üçün Rusiyanın təkliflərinə “real alternativlər” mövcud deyil.
Crossmedia.az bu barədə Rusiya KİV-nə istinadən məlumat verir. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Biz erməni tərəfinə ətraflı şəkildə hazırlanmış təkliflər paketini təqdim etmişik. ‘Rosatom’ layihənin icrasına ən qısa müddətdə başlamağa hazırdır… Etibarlı, artıq sınaqdan keçmiş texnologiyaların mövcudluğu və maliyyə parametrlərinin cəlbediciliyi baxımından real alternativlər görünmür”, – deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Moskva bundan sonra da Ermənistanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyi niyyətindədir. “Bəzi Avropa ölkələrinin, o cümlədən Almaniyanın təcrübəsi göstərir ki, nüvə energetikasından imtina milli iqtisadiyyat üçün baha başa gələ bilər”, – deyə Qaluzin əlavə edib.
Qaluzin həmçinin vurğulayıb ki, hər iki ölkənin mütəxəssisləri eyni “sovet məktəbi”nin yetirmələridir və stansiyanın 2036-cı ilə qədər stabil istismarının təmin olunması üzrə işlər davam etdirilir.
Turqut Ansari
12:35 10.02.2026
Oxunuş sayı: 426