HƏYƏCAN SİQNALI: Avropa müharibəyə sürüklənir
Macarıstanın Baş naziri Viktor Orban Avropada artan gərginliklə bağlı xəbərdarlıq edib.
Crossmedia.az-ın məlumatına görə, Orban X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, hər həftə Avropanı müharibəyə bir addım da yaxınlaşdıran yeni hadisələr baş verir. Onun sözlərinə görə, Avropa İttifaqı hazırda “ən çətin və ən təhlükəli dövrlərdən” keçir.
Baş nazir vurğulayıb ki, mövcud şəraitdə Macarıstan bu proseslərə və “çılğınlığa” cəlb edilməməlidir və ölkə öz təhlükəsizliyini qorumağa davam edəcək.
12:11 10.02.2026
Oxunuş sayı: 400