Ukrayna Aİ masasına daha tez otura bilər: 2027 planı
Avropa İttifaqı Ukraynanın bütün zəruri islahatları başa çatdırmamışdan əvvəl, hətta 2027-ci ilə qədər sürətləndirilmiş, lakin qismən üzvlüyü məsələsini müzakirə edir.
Crossmedia.az bu barədə "Politico" nəşrinə istinadən xəbər verir ki, bu yanaşma Ukrayna üçün mümkün sülh sazişinin təmin edilməsi baxımından zəruri hesab olunur. Rəsmi Kiyev 2027-ci ildə Avropa İttifaqına qoşulmaqda israr edir və bu tarix Kremllə bağlanacaq potensial sülh razılaşmasına daxil edilə bilər.
Məlumata görə, təklif edilən model Ukraynanın islahatları davam etdirdiyi müddətdə Aİ strukturlarında təmsil olunmasını, eləcə də hüquq və öhdəliklərə mərhələli şəkildə çıxış əldə etməsini nəzərdə tutur. Bu yanaşma qeyri-rəsmi olaraq “tərs genişlənmə” adlandırılır – yəni üzvlüyün prosesin sonunda deyil, əvvəlində baş tutması.Brüsseldə hesab edirlər ki, Ukraynanın erkən mərhələdə Aİ-yə cəlb edilməsi Kiyevin motivasiyanı itirməsinin qarşısını alacaq və məhkəmə sistemi, institutlar və dövlət idarəçiliyi sahəsində islahatların tamamlanması üçün vaxt qazandıracaq. Bununla belə, Avropa İttifaqı “qısa yolun olmayacağını” vurğulayır.
Qeyd olunur ki, Macarıstanın baş naziri Viktor Orban və Almaniyada aparıcı siyasi fiqurlardan biri olan Fridrix Merts Ukraynanın sürətləndirilmiş üzvlüyünə qarşı çıxırlar
11:55 10.02.2026
Oxunuş sayı: 372